Zip pərdə sistemləri son illərdə ölkəmizdə rəğbət görməkdə olan yeni nəsil funksional, ucuz maaliyyətli və daha az yer tutması ilə ön plana çıxan bir pərdə modelidir. Zip pərdə əsasən otel, restoran, teras və qış bağçalarında istifadə edilir.
Zip pərdəni digərlərindən fərqləndirən ən önəmli səbəb onda istifadə olunan xüsusi parçadır. Bu parçanın ən təməl iki funksiyası saata 140 km sürətlə əsən küləyə qarşı dözümlülüyü və su keçirməz olması. Buda sistemin əsasən yağmurun və küləyin daha çox olduğu ərazilərdə istifadə olunmasına imkan verir. Bununla yanaşı parçanın başqa xüsusiyyətləridə mövcuddur. Zip pərdəyə çöldən baxıldığı zaman içərini görmək mümkün deyil, ancaq içəridən baxıldığı zaman çölü tam şəkildə görmək mümkün olur. Buda bu sistemə olan tələbin çoxluğunu açıqlayır.
Zip pərdə sistemi istənilən yerə rahatlıqla quraşdırıla bilər və yuxarıdan aşağıya doğru açılaraq qıraqlardaki rels üzərində hərəkət edir. Buda pərdənin istənilən havada daima tarım formada qalmasına imkan yaradır. Sistem əsasən 2 formada idarə oluna bilir:
- Məsafədən xüsusi pult vasitəsi ilə
- Əl ilə idarə olunan
Məsafədən idarə edilən.
Zip pərdə sistemləri xüsusi matorla birlikdə quraşdırılır. Bu mator maksimum səssiz formada işləməsi ilə yanaşı məsafədən idarə oluna bilmə bacarığına malikdir.
Əl ilə idarə olunan.
Zip pərdələr sistemə quraşdırılmış xüsusi qol vasitəsi ilə idarə olunur.
Zip pərdə sisteminin istifadə sahəsi çox genişdir. İstənilən yerə quraşdırıla bilməklə yanaşı, bəzi başqa sistemlərlə də birlikdə quraşdırmaq mümkündür. Bunlara qapı, pəncərə, giyotin, HBŞB və.s kimi məhsullar da aiddir. Bu məhsulların əsasən çöl hissəsindən quraşdırılan Zip pərdə sistemləri çox böyük istifadə rahatlığı yaradır. Bu sistemin suya dözümlü olması, zip pərdə sisteminə tavanda da istifadə etmək imkanı verir. Beləki bu sistemdən perqola kimi, hətta skylight üzərindən, günəş şüasından qoruyucu kimidə istifadə etmək mümkün olur.
Zip pərdə sistemlərinin kənarları və mator olan hissəsinin üzəri alüminium profillərdən hazırlanır və istifadə edilən məkana uyğun olaraq rəng seçim imkanları mövcuddur. Bununla yanaşı zip pərdə sisteminin parçasında da istənilən rəng seçim imkanı, hətta məkana və istəyə uyğun olaraq resim, naxış, loqo, yazı çap imkanıda vardır.