Pergola Sistemləri

Pergola Sistemləri

İndiki dövrdə insanlar daha çox açıq hava məkanlarına üstünlük verir. Bu səbəblə teraslar, balkonlar və qış baxçaları inşa edirlər. Bu formalı məkanların inşası zamanı ən çox pergola sistemlərindən istifadə olunur.

Pergola Italyan dilindən tərcümə olaraq ( örtü ) deməkdir. Adına uyğun olaraq açıq məkanların örtülməsi üçün istifadə olunan bir sistemdir. Pergola sistemləri mükəmməl görünüşü və funksionallığı ilə digər örtük növlərindən seçilir. Bu sistem alüninium qutu profillər üzərinə bərkidilir.

Pergola sisteminin funksionallığı, açılıb qapana bilməsi və qapalı olduğu zaman məkanı tam olaraq işıqlandıra bilməsindədir.

Pergola sistemi idarə olunmasına görədə iki hissəyə ayrılır:

  • Məsafədən idarə edilən
  • Əl ilə idarə edilən

Məsafədən idarə edilən pergola sistemləri xüsusi matorla birlikdə quraşdırılır və funksional pultla idarə edilir. Matorun maksimal dərəcədə səssiz işləməsi bu sistemin komfortunu artırır.

Əl ilə idarə olunan pergola sistemləri bağlanmış xüsusi qolla idarə edilir. İstifadəsinin rahat və yüngül olması istifadəçilərdə rahatlıq yaradır.

Pergola sistemini xüsusi edən ən üstün hissəsi onun örtüyüdür. Bu örtük suya və küləyə dayanıqlı olması və möhkəmliyi ilə seçilir. Suya dözümlü olması ilə yanaşı günəş şüalarına qarşı dayanıqlı və uzunömürlüdür. Örtüyün üzərinə içəri hissədən pergola sisteminin işıqlandırmaları da quraşdırılır. Bununla da daxili məkanda işıqlandırma tam olaraq təmin olunur.

Pergola sistemi xüsusi led işıqlandırmalarla təchiz olunur və bu işıqlandırmaların fərqliliyi, işığın isti və yaxud soyuq tonda olması, həmçinin də rəng seçimləri olmasındadır. Pergola sisteminin işıqlandırması istəyə uyğun olaraq sistemə bağlı olan paneldən və ya pultla idarə etmək mümkündür.

Pergola sistemi əsasən alüminium materialından hazırlanır. Bunun səbəbi alüminiumun dözümlü və çəkisinin yüngül olmasıdır. Tamamilə alüminiumdan hazırlanan bu sistem su təhliyyə kanalları ilə təmin olunur. Kənar hissələrdəki reyslər üzərində hərəkət edən pergola sisteminin örtüyü, açıq olduğu zaman tam olaraq su və külək izoliyasiyasını təmin edir.

Pergola sisteminin ən böyük üstünlüklərindən biri də digər sistemlərin montaj oluna bilməsidir. İstənilən sistem, pergola sisteminin qutu profillərinə rahatlıqla montaj olunur. Pergola sisteminin örtük və profil rəngini istəyə uyğun dəyişmək mümkündür. Bununla yanaşı pergola sisteminin tətbiq sahəsi çox genişdir. Bu sistemdən ev, otel, restoran hətta idman komplekslərində də istifadə olunur.

Söhbəti açın
Sizə necə kömək edə bilərəm? :)
Salam biz sizə kömək edə bilərik?