Perqola istənilən hava şəraitindən yağışdan, günəşdən, qardan qorunmaq üçün əlverişli bir sistemdir. O, xüsüsi silikon örtüklü parça və alüminium profil dirək və raylardan ibarətdir. Bu sistem vasitəsilə evinizdə, bağınızda və restoran tipli məkanlarda həm açıq, həm bağlı sahəyə sahib olmaq imkanı əldə edirsiniz. Çünki təklif etdiyimiz sistem məkanların dam örtüyü üçün nəzərdə tutulur və məsafədən idarəetmə sistemi ilə açılıb-qapanır, insanlara eyni zamanda həm qapalı, həm də açıq məkanda olmaq imkanı verir.