Şüşə məhəccərlər müasir dövrün nərdivan və eyvan məhəccər sisteminin əvəzolunmaz bir hissəsidir. Siz şüşə məhəccər sayəsində eyvanınızdan ətrafa olan mənzərəni təhlükəsiz seyr edə bilərsiniz. Nərdivan və eyvanlarda istifadə olunan şüşələr temperlə laminə olduğundan olduqca möhkəm və etibarlıdır. Şüşə məhəccərləri alüminium və ya nerjaveka detallardan istifadə etməklə bərkitmək mümkündür. Öncə məhəccərlərin hazırlanması üçün quraşdırılacaq məkanın ölçüləri götürülür və ölçülərə əsasən hazırlanır. Emalat və montaj işləri dəqiq yerinə yetirildikdən sonra şüşə məhəccərlər digər növ materiallardan hazırlanmış məhəccərlər qədər möhkəm olur.