Giyotin Sistemləri

Giyotin Sistemləri

The guillotine glass system is a mobile system consisting of aluminum panels. In this system, profiled glass consists mainly of three parts.

Günü gündən inkişaf etməkdə olan şəhərsalmada şüşəyə və şüşə məhsullarına olan tələbat böyükdür. Bu tələbatı nəzərə alaraq şüşə məhsullarının çeşidinin artırılması və təkmilləşdirilməsi üçün çalışmalar aparılır. Yaranan yeni məhsullar daha funksional və yararlı olmaqla istehlakçıları məmnun edir. Bu yeni məhsullardan biri də şüşə giyotin sistemləridir. Bu sistemə hərəkətli məhəccər sistemidə deyilir. Bunun səbəbi bir sistemdə iki sistemin funksiyalarının olmasıdır.

Şüşə giyotin sistemi şüşə panellərdən mövcud olub şaquli istiqamətdə hərəkət etməkdədir. Belə ki şüşə panellərdən ən aşağıda olanı sabit olaraq qalır və digər şüşə panellər hərəkət edir. Şüşə panellərin hamısı aşağıya doğru yığıldıqda məhəccər funksiyasını və şüşə panellər tam açıldıqda pəncərə funksiyasını yerinə yetirir. Şüşə giyotin sistemləri əsasən hündürlüyə görə iki, üç və ya dörd paneldən ibarət olur. Bunlardan yalnız biri sabit olaraq qalır. Digər panellər relslər üzərində hərəkətdə olur.

Şüşə giyotin sistemləri idarə olunmasına görə iki hissəyə ayırılır:

  1. Məsafədən idarə olunan şüşə giyotin sistemləri
  2. Əllə idarə olunan şüşə giyotin sistemləri

Məsafədən idarə olunan giyotin sistemləri xüsusi pultla idarə olunur və sistem xüsusi matorla quraşdırılır. Hərəkətdə olarkən sistem maksimal səssizliklə çalışır. Bununla yanaşı  panellər aşağıya doğru yığıldıqda pultla panelləri istənilən səviyyədə saxlamaq imkanınız olur. Bununla da daxili sahənin havalandırılması asanlıqla təmin olunur.

Əllə idarə olunan şüşə giyotin sistemləri, sistemə bağlı olan xüsusi qolla hərəkət etdirilir. Elektrik olmasa belə hərəkət etdirilə bilən bu sistem istənilən səviyyədə saxlanıla bilir və istifadəsi çox rahatdır.

Şüşə giyotin sistemlərində istənilən şüşə növlərindən istifadə oluna bilir. Beləki istəyə uyğun olaraq sistemdə paket, sadə temperli və temperli lamina şüsələrdən istifadə etmək mümkündür. Paket şüşə istifadə olunan şüşə giyotin sistemlərində, digər şüşələrə nisbətən daha çox istilik izoliyasiyası təmin olunur və tərləmə minimuma endirilir.

Giyotin sistemlərinin tətbiq sahəsi çox genişdir. Bu sistemdən ən çox otellərdə, restoranlarda, teras və qış bağçalarında istifadə olunur. Bununla yanaşı bu sistemdən yaşayış binaları, hovuz və idman meydançalarında da istifadə etmək mümkündür.

Sistemin istəyə uyğun olaraq profil və şüşə rəng seçimləri də mövcuddur.

Söhbəti açın
Sizə necə kömək edə bilərəm? :)
Salam biz sizə kömək edə bilərik?