Ofislərdə və evlərdə son zamanlar ən çox şüşə məhsullarından istifadə olunur. Bunun səbəbi şüşənin daha incə və gözəl görünüşə sahib olmasıdır. Bununla yanaşı şüşəyə istənilən dizaynı vermək mümkün olur. Şüşəni məkanın dizaynına uyğun etmək üçün emaye boya və UV çapdan istifadə edilir.
Emaye boyanın növləri aşağıdakılardır:
Bunlara qumlama və emaye boya aiddir. Qumlama prosesi olduqdan sonra şüşə sanki buzlanmış forma alır və şəffaflığını itirir. Bu formalı şüşələrdən daha çox ofis arakəsmə sistemlərində və duşkabinlərdə istifadə olunur. Lakin alüminium profili və ya tək şüşə qapılarda da geniş istifadə olunan bu məhsul gözəl görünüşü, daha az yer tutması və görüntü məhdudiyyəti yaratdığı üçün daha çox tələb görür. Emaye boya isə şüşənin bir tərəfinə temper olunmadan öncə toz boya vurulur və temper olunur. Bu zaman şüşə şəffaflığını itirir və istədiyiniz rəngdə olur.
Bu formalı şüşələrdən ən çox daxili məkana dizayn vermək, dekor hazırlamaq üçün istifadə olunur. Hətta bütün məkanın divarlarını bu şüşələrlə örtürlər. Bunun səbəbi isə emaye boyalı şüşələrin digər məhsullardan daha gözəl və zərif görünüşə malik olmasıdır. Məkanın dizaynına uyğun istənilən rəng seçimlərinə malik olması və rahatlıqla təmizlənə bilməsi bu məhsulun daha çox tələb görməsinin başlıca səbəbidir. Bu məhsullarla yanaşı ən çox tələb və maraq görən məhsul isə UV çap olunan şüşələrdir.
UV çap şüşənin üzərinə istənilən şəkil, naxış, rəng, loqo, yazı çap etmək imkanı verir. Şüşənin böyüklüyündən asılı olmayaraq istənilən şəkli şüşədə əks etdirməyə imkan verən bu sistem böyük tələb görməkdədir. Xüsusən də ofis, restoran, ev və sağlamlıq mərkəzlərində bu məhsula tələbat böyükdür. Bunun səbəbi UV çap istifadə olunan məkanlarda daxilin görüntüsünü istəyə uyğun olaraq məhdudlaşdırmaqla bərabər gözəl görüntü verir. Bununla yanaşı reklam xarakterli çaplarlada daha çox yararlanmaq mümkündür.
Bu məhsulların ən üstün cəhəti isə hər bir yerə tətbiq oluna bilməsidir. Həmçinin istənilən sistemlə bərabər quraşdırıla bilməsi (qapı, pəncərə, şüşə cəbhə, giyotin, məhəccər, duşkabin) böyük fərqlilik yaradır. Bu şüşələr tək yox paket halında da hazırlana bilir və günümüzdə böyük tələb görməkdədir.