Hərkəs bilir ki, cambalkonun quraşdırılması çox sayda çətinliklərlə müşayidə olunan mürəkkəb və uzun bir prosesdir. Bu cür işlərin mövcudluğunun xüsusiyyətləri hansılardır, hansı növ şüşələr mövcuddur, təmir edilmiş balkonun yerini necə təşkil etmək olar və s. – bu barədə aşağıda sizinlə məlumatları bölüşəcəyik.
Cambalkon sistemləri hər bir mənzil sahibinin istəyidir. Amma bəzi insanlar bu iş prosesinin mürəkkəb olmasından çəkinib, cambalkon sistemlərindən imtina edirlər. Lakin bu işin sahibləri bildirirlər ki, cambalkon sisteminin quraşdırılması proseduru olduqca sadədir. Beləliklə, peşəkarlar bu işin öhdəsindən cəmi bir neçə gün və yaxud bir neçə saat ərzində (təbii ki balkonun vəziyyətindən asılı olaraq) nail ola bilərlər.
İşin dəyərinə gəldikdə, o, bir sıra amillərdən ibarətdir. Bunlar arasında tikinti növü, şüşələrin və ikiqat şüşələrin növləri, mənzilin mərtəbəsi, aksessuarlar və s. Nəticədə qiymət müəyyən iş növlərinin, o cümlədən mütəxəssisin gəlməsi, sökülməsi və quraşdırılması, tikinti materiallarının qiymətlərindən formalaşır.
Cambalkon sistemlərinin növləri:
Günümüzdə balkonları şüşələmək üçün bir neçə üsul var. Onların hamısının öz fərdi xüsusiyyətləri, üstünlükləri, müsbət və mənfi cəhətləri var. Balkon fasad şüşələrindən hansının daha yaxşı olduğunu və hansının sizin üçün daha uyğun olduğunu anlamağa çalışaq.
- Tam cambalkon sistemləri
- Yarım cambalkon sistemləri
Bu cür balkon pəncərələrinin şüşələrinin başqa bir təsnifatı tam və yarım bölünməsidir. Beləliklə, yarım cambalkon sistemləri klassik və ya standart adlanır, çünki mövcud balkon parapetində pəncərələrin quraşdırılması nəzərdə tutulur. Bu ən çox istifadə olunan üsullardan biridir. Tam quraşdırılan cambalkon sistemləri fransız tipli pəncərələrin görünüşünü bəxş edir. Beləliklə, şüşəli sahə əhəmiyyətli dərəcədə artır və pəncərələr balkonun döşəməsindən tavana qədər quraşdırılır. Tam cambalkon sistemləri bəzən yüngül və rahat adlana bilər, çünki o, balkonu sanki şəffaf bir otağa çevirir.
Günümüzdə tikinti və sənaye sahələri inkişaf edir. Bunun sayəsində bazarda balkonun şüşələnməsi prosesində pəncərə profillərinin istehsalı üçün istifadə edilə bilən geniş çeşidli materiallar təqdim olunur.
- PVC (polivinilxlorid, plastik) profil
Bu material şüphəsiz ki, reytinqimizin lideridir. Mənzil sahiblərinin böyük əksəriyyəti balkon, pəncərə, qapı və s. yeniləmək üçün bu materiala üstünlük verirlər.
- Alüminium profil
Bu materialda da həmçinin balkon, pəncərə, qapı və s. kimi yerlərdə istifadə olunur. Alüminiumu istilik izolyasiyasına və mənzilə xüsusi görünüş qatdığına görə tərcih edirlər.