Uzun illərdir ofislərdə, restoranlarda və evlərdə istifadə olunan arakəsmə sistemləri istifadəçilər tərəfindən böyük rəğbət və tələb görmüşdür. Günümüzdə arakəsmələr taxta, alçıpan, alüminium panel, sendviç panel və ən əsası şüşə materiallarından hazırlanır. Arakəsmə sistemləri içəridəki sahəni hissələrə bölərək otaqların yaranmasını və masalar arası bölmələrin yaranmasını təmin edir.
Bəzən bu sistemdən çöl məkanla iç məkanı ayırmaq üçün də istifadə olunur. Arakəsmə sistemlərinin içərisində ən çox tələb görəni isə şüşə arakəsmə sistemləridir. Buna səbəb isə şüşə arakəsmə sistemlərinin digər sistemlərlə müqayisədə daha funksional olmasıdır.
Şüşə arakəsmə sistemlərini önə çıxaran funksiyalar aşağıdakılardır:
- İstifadə olunan məkanlarda yüksək səviyyədə səs izoliyasiyası təmin edir.
- İşığın daxili məkana fasiləsiz yayılmasını təmin edir.
- İstifadə olunan ofislərdə iş axınına nəzarəti asanlaşdırır.
- Şəffaf, dekorativ görünüşü ilə məkanda gözəllik və fərqlilik yaradır.
- Digər arakəsmə sistemləri ilə müqayisədə daha incə quruluşa sahib olduğu üçün yer qənaəti təmin edir.
- Hər bir məkana uyğun hazırlana bilməsi ilə seçilir.
Şüşə arakəsmə sistemlərini önə çıxaran ən başlıca səbəblərdən biri bu sistemin digər sistemlərlə müqayisədə ən təhlükəsiz sistem olmasıdır. Bu sistem yaranacaq hər hansısa bir qəza nəticəsində insanlara və məkana maksimum dərəcədə zərərsizliyi ilə fərqlənir. Bunun səbəbi sistemdə istifadə edilən şüşələrin temperli olmasıdır. Temperli şüşələr qəza zamanı sınsa belə kiçik hissələrə ayrılma xüsusiyyəti ilə insanlara və məkana heç bir zərər vurmur. Temperli şüşələrin funksionallığı ən çox şüşə arakəsmə sistemlərində önə çıxır.
Şüşə arakəsmə sistemləri iki hissədən ibarətdir:
- Tamamilə şüşədən olan arakəsmələr.
- Profil çərçivəli şüşə arakəsmələr.
Tamamilə şüşədən olan arakəsmələr, bağlantılarla bir birinə bağlanaraq hazırlanır. Bu formalı şüşə arakəsmə sistemlərində ən çox temperli lamina şüşələrdən istifadə olunur. Lamina şüşələr iki temperli şüşənin rəngsiz xüsusi yapıştırıcı ( PVB ) təbəqə ilə bir birinə birləştirilərək, istilik təzyiqi altında hazırlanır. Lamina şüşələr sınma halında belə yaranacaq ziyanı sıfıra endirir. Bu şüşələr sınma halında arasındakı yapıştırıcı təbəqə sayəsində sınan şüşə hissəciklərinin yerə tökülməsinin qarşısını alır. Tamamilə şüşədən olan arakəsmə sistemləri istəyə uyğun olaraq rəngli şüşələrdən, qumlama və vinirli şüşələrdən də hazırlana bilir. Məkanınızın aurasına uyğun olaraq arakəsmə sistemləri UV çap vasitəsi ilə şüşə üzərinə istənilən şəkil, naxış və rənglərlə hazırlana bilir.
Profil çərçivəli şüşə arakəsmələr müxtəlif və istənilən rəngdə profillərlə hazırlana bilmə xüsusiyyətinə malikdir. Bu sistemi digər sistemdən fərqləndirən cəhəti profillərin daxilində paket şüşələrdən istifadə edilə bilməsidir. Paket şüşələr iki temperli şüşənin arasında boşluq qalması üçün şüşələr arasına çita profili qoyulmaqla hazırlanır. Bu tipli şüşələr istilik və səs izoliyasiyasını artırmaq xüsusiyyəti ilə seçilir. Bu tipli arakəsmə sistemlərinə istəyə uyğun olaraq paket şüşə daxilində, məsafədən və ya əllə idarə oluna bilən zip pərdə və jalüz sistemləri də quraşdırmaq mümkündür.
Şüşə arakəsmə sistemlərinin məkanda yer qənaəti təmin etmə üçün bir çox qapı çeşidləri də vardır. Bunlar sadə açılan, sürgülü və avtomatik qapı sistemləridir. Sadə açılan qapı sistemi sıx-sıx gördüyümüz sistemlərdən biridir. Sürgülü qapı sistemləri öz reysi üzərində hərəkət edərək yer qənaətini təmin edir. Avtomatik qapı sistemləri yer qənaəti ilə yanaşı təmassız açılması ilə böyük komfort yaradır.
Şüşə arakəsmə sistemlərində hər bir kiliddən istifadə etmək mümkündür. Bunlara açarlı, kodlu hətta barmaq izi tanıyan kilid sistemləri də daxildir. Bununlada bu sistem təhlükəsizlik baxımından da ön plana çıxır.