Alüminium Cəbhə Sistemləri

Alüminium Cəbhə Sistemləri

Günümüzdə inkişaf etməkdə olan şüşə sektorunun şəhərsalmaya böyük təsirini gözlərimizlə görürük. Öncədən tikililərin fasadında, ən çox daş örtüklərdən istifadə edilməsinə baxmayaraq artıq uzun illərdir bu məhsulun yerini alüminium şüşə fasad sistemləri almışdır. Bunun səbəbi isə gözlə görüləcək qədər aydındır.

Şüşə fasad sistemləri istifadə edildiyi tikiliyə möhtəşəm bir görünüş bəxş edir. Bununla yanaşı içərinin daha çox işıq almasına böyük şərait yaradır. Daşa nisbətdə yüngül olması və vaxt keçdikcə heçbir dəyişimə uğramaması bu məhsulu fərqləndirən cəhətlərdən biridir. Bunun kimi bir çox üstünlük bu məhsulun sürətlə yayılmasının və tələb görməsinin başlıca səbəbidir. Alüminium cəbhə sistemləri rahatlığı və funksionallığı ilə də istifadəçiləri məmnun edir. Beləki iç məkanın havalandırılmasını təmin etmək üçün alüminium şüşə cəbhə sisteminin daxilinə gizli qanad sistemi yerləşdirilir, bununla siz rahatlıqla içərini havalandıra bilərsiniz. Gizli qanad sistemi fasadın görüntüsünü pozmadan fəaliyyət göstərir.

Alüminium şüşə fasad sistemlərinin bir neçə növü mövcuddur:

  1. Silikon fasad sistemləri
  2. Qapaqlı fasad sistemləri
  3. Yarı qapaqlı fasad sistemləri
  4. Kompozit fasad sistemləri

Silikon fasad sistemləri

Şüşənin gözəlliyini önə çıxaran sistemlərdən biridir. Bu sistemə çöldən baxıldıqda, heç bir profil görünüşü olmadan tamamilə şüşə görə bilərsiniz. Bu sistemdə şüşələr profilə xüsusi formada yapışdırılır. Şüşələr arasındakı izolyasiyanı təmin etmək üçün ikiqat EPDM fitildən istifadə edilir. Şüşələr arası silikondan istifadə edilmədiyi üçün şüşələri bölən heç bir görünüş olmur. Bununla da tamamilə şüşə görünüşü əldə etmiş olursunuz. Bu sistemdə də gizli qanad sistemindən istifadə edilə bilir.

Qapaqlı fasad sistemləri

Ekonomik olduğundan ən çox tələb olunan sistemlərdən biridir. Bu sistemin istifadə edildiyi obyektə çöldən baxıldıqda şüşələr arası şaquli və üfüqi xəttlər görmüş olacaqsınız. Bu sistemdə şüşələr profillərin içərisinə yerləşdirilərək tutucu profillə bərkidilir və üzərinə qapaq keçirilərək tamamlanır. İzolyasiyanı təmin etmək üçün EPDM fitildən istifadə edilir. Bu sistemdə də gizli qanad sistemindən istifadə etmək mümkündür.

Yarı qapaqlı fasad sistemləri

Bu sistemlər qapaqlı fasad sistemləri kimi olsa da, çöldən baxdığınız zaman yalnızca ya üfüqi yada şaquli xəttlər görə bilərsiniz. Sistemin bu funksiyası tikilinin dizaynına uyğun bir görünüş əldə etmək imkanı yaradır. Bu sustemdə də gizli qanad sistemindən istifadə etmək mümkün olur.

Kompozit fasad sistemləri

Qapaqlı sistem olsada çöl görünüşdə gördüyünüz üfüqi və şaquli xətləri istəyə uyğun formaya sala bilirsiniz. Buda tikiliyə estetik bir görüntü bəxş edir. Bu sistemdədə gizli qanad sistemindən istifadə etmək mümkündür.

Bütün cəbhə sistemlərinin istəyə uyğun olaraq profil rəng və tekstura seçimləri mövcuddur. Bununla yanaşı hər bir cəbhə sistemində tək temperli, lamina temperli və paket şüşələrdən istifadə oluna bilir. Ancaq ən çox paket şüşəyə üstünlük verilir. Bunun səbəbi səs və istilik izoliyasiyasını maksimum həddə çıxarmaqdır. Bu sistemlər də ən çox istifadə edilən multifunksional şüşələrdir. Günəşin ultrabənövşəyi şüalarının qarşısını almaq üçün bu mükəmməl vasitədir. Şüşə fasad sistemlərinin funksionallığı bununlada bitmir. Bu sistemə əlavə olaraq paket şüşə arası məsafədən və əllə idarə oluna bilən zip pərdə, jalüz əlavə etmək mümkündür. Bununla istədiyiniz zaman çöldən daxil olan işığı əngəlləyə bilərsiniz. Cəbhə sistemləri tikilinin hündürlüyünə uyğun olaraq quraşdırıla bilir. Şüşənin böyüklüyündən asılı olaraq alüminium profillərə dəmirlə dəstək verilərək möhkəmliyi artırılır.

Söhbəti açın
Sizə necə kömək edə bilərəm? :)
Salam biz sizə kömək edə bilərik?