Aliminium Izosistem Pəncərələr və Qapılar

Aliminium Izosistem Pəncərələr və Qapılar

Günümüzdə plastik qapı və pəncərələrə alıcılar daha çox üstünlük verirlər. Lakin alüminium izosistemli qapı və pəncərələrin daha çox funksiya və özəlliyi haqqında bəzi alıcıların məlumatı yoxdur. Bu bloqumuzda sizə alüminium izosistem haqqında bəzi maraqlı və lazımi məlumatları bölüşəcəyik.

Pəncərə və qapı hazırlanmasında istehsalçılar ən çox alüminium materialına üstünlük verirlər. Bunun səbəbi isə alüminium materialın dözümlü və yüngül olmasıdır.

Alüminium izosistemli qapı və pəncərələrin ən özəl xüsusiyyətləri istifadə edilən yerlərdə gözəl görüntü yaratması, bununla birlikdə, bu cür pəncərələrin istifadə rahatlığı, soyuq və rütubətli hava şəraitinə dözümlü olmasıdır. İndiki dövrdə inşa edilən obyektlərin böyük bir hissəsində alüminium izosistem materialından istifadə olunur.

Nəyə görə alüminium izosistem?

  • Alüminium materialından hazırlanan pəncərə və ya qapıların uzunömürlülüyü 80 ilə gedib çatır. Hətta bildiyimiz PVC materialdan hazırlanan qapı və pəncərələrin uzunömürlülüyündən daha çoxdur.
  • Alüminium konstruksiyanın möhkəm olması.
  • Pəncərə və ya qapınızı istədiyiniz formada sifariş etmə imkanı yaradır (yumru pəncərə, qeyri-adi görünüşə sahib olan qapılar və s.)
  • Alüminium yanmır, ərimir və heç bir zəhərli maddə buraxmır. Yəni insanların, ev heyvanlarının və bitkilərin sağlamlığı üçün tamamilə zərərsizdir.
  • Yuxarıda qeyd etdiyimiz kimi, rütubətli hava və soyuq alüminium pəncərələrə mənfi təsir göstərmir.

Hansı nüanslara diqqət yetirilməlidir?

  • Bir pəncərə və ya qapıya hansı profil növü tələb olunur. Bu profillər, növünə görə 2 hissədən ibarət olur.
  • Soyuq izolyasiyalı profil
  • İstilik izolyasiyalı profil

Soyuq izolyasiyalı profillər, mütləq qışı mülayim keçən hava şaraitinə malik olan bölgələrdə quraşdırılmalıdır. Lakin isti izolyasiyalı profillər isə qışı sərt və soyuq keçən bölgələrə daha uyğundur.

  • İstifadə olunan rezinin keyfiyyəti. Əgər rezini daha ucuz almaq üçün seçirsinizsə, yanılırsınız. Bir pəncərədə və ya qapıda ən önəmli olan aksessuarlardan biri rezindir. Pəncərə və yaxud qapı rezini nə qədər keyfiyyətli və möhkəm olarsa, o zaman uzun müddət xidmət göstərəcək səviyyədə olar. Pəncərə və qapı rezinlərinin də, bir neçə növü vardır:
  • Təbii kauçuk əsasında hazırlanan profil rezinləri. Bu rezinlər çox baha deyil və müxtəlif xarici amillərə mükəmməl dözürlər.
  • Sadə profil rezinləri. Bu rezin növü uzun müddətli şaxtalı bölgələrə uyğun deyil. Daha çox mülayim hava şəraitinə malik olan yaşayış məskənlərinə uyğundur.
  • Termoplastik rezinlər. Yüksək temperaturlu məkanlarda istifadə etməmək daha yaxşıdır.
  • Silikon rezinlər. Ən çox istifadə edilən və keyfiyyətinə söz ola bilməyən rezin növüdür. Bu rezinlər bütün xüsusiyyətlərinə görə ən yaxşısıdır. 
  • İstehsalçıların etibarlı marka olması tövsiyyə olunur. Bizim istifadə etdiyimiz markalar bunlardır: Roto, Siegenia, G-U, Maco.

Alüminium sistemlərin içərisində ən etibarlı olan alüminium izosistemdir. Alüminium izosistem son zamanlar bazara girməsinə baxmayaraq, alıcılar tərəfindən böyük rəğbət görür. Bu sistemin normal alüminium profillərdən daha çox xüsusiyyətə sahib olması, ona olan tələb çoxluğunun əsas səbəbidir. Alüminium izosistemi, normal alüminiumdan fərqləndirən əsas amil daha hermetik olmasıdır. Əsasən iki alüminium birləşməsindən hazırlanan izosistem profili, bu iki alüminium arasında olan plastik profil sayəsində hava keçməsini tənzimləyərək, istilik izolyasiyası yaradır. Bu səbəbdən alüminiumlar bir-birlərinə temperatur ötürə bilmir. Profillərin arasında olan hava boşluqları sayəsində çöldəki temperatur əsla içəriyə keçmir. Bununla yanaşı alüminium izosistemlər əsasən səs-küylü yerlərdə istifadə edilir.

Bir çox rəng seçiminə sahib olan alüminium izosistem profillər, istifadə edilən yaşayış məskənlərinin və obyektlərin çöl və iç görüntüsünü pozmadan estetik bir gözəllik qatır. Laminasiyalı və boyalı olan alüminium izosistem profillərin rəng seçiminin çox olmasına görə də istehlakçılar tərəfindən tələbat daha da çoxdur. Bu profillər daimi qulluq tələb etmir və istifadəsi çox rahatdır. Bunu da qeyd edək ki, alüminium izosistemlərdən istifadə edərək bir tək pəncərə və qapı yox, həmçinin bir çox (cam sürmə və HBŞB) məhsullarda hazırlana bilir. Alüminium izosistem seçməklə, siz həm memarlıqda, həm də interyerdə geniş imkanlar əldə edirsiniz!

Open chat
Need help?
Hello
Can we help you?