Accordion Sistemləri

Accordion Sistemləri

Inkişaf etməkdə olan şüşə sektorunda gün keçdikcə yeni şüşə məhsulları növləri qarşımıza çıxır. Bu yeni məhsullardan biri də accordion sistemləridir. Accordion sistemləri bir çox başqa sistemə bənzəsədə tam fərqli və funksionaldır. Accordion sistemlərinin işləmə prinsipi tam fərqli və rahat olduğu üçün istifadəçilər tərəfindən böyük rəğbət görür.

Alüminium profil çərçivəli şüşə panellər bir-birinə petlə və ya profillərin içərisindən keçən metal iplə bağlı formada olur. Aşağı və yuxarı hissədən bərkidilmiş profillər üzərində hərəkət edən bu sistemin, aşağı profili döşəmə daxilinə yerləşdirilə bildiyi üçün məkana giriş çıxış zamanı heçbir maneə törətmir. Panellərin qatlanan hissələri xüsusi kilidlə təchiz olunur. Bununlada sistem istənilən qədər açıla bilir. Bu sistem quraşdırıldığı məkanda, açıldığı zaman tam olaraq kənara yığılır. Bununlada daxili məkan tam olaraq havalandırılır və görüntü pozulmur.

Accordion şüşə sisteminin istəyə uyğun olaraq bir çox fərqli açılma növləridə vardır:

  • Qapılı accordion sistemləri
  • Tək tərəfə açılan accordion sistemləri
  • İki tərəfli açılan accordion sistemləri

Qapılı accordion sistemlərinin qapı olan hissəsi digər panellərə bağlı olmur və accordion bağlı olsa belə rahatlıqla qapıdan istifadə mümkün olur.

Tək tərəfə açılan accordion sistemləri uzunluğundan asılı olaraq quraşdırılır və açıldığı zaman panellər yalnız bir tərəfə yığılır.

İki tərəfli açılan accordion sistemləri uzunluqdan aslı olmayaraq quraşdırılır və açıldığı zaman panellər iki hissəyə yığılır.

Accordion sistemləri iç və çöl məkanlara quraşdırıla bilir. Çöl məkanlara quraşdırıldığı zaman sistemə su təhliyyə kanalları mövcud olur.

Accordion sistemlərinin şüşələri istəyə uyğun olaraq tək və ya paket şüşə halında hazırlana bilir. İstənilən şüşə rəngi seçiminə imkan verən bu sistemdə multifunksional şüşələrdən daha çox istifadə olunur. Bununla da daxili məkana daxil olan günəş şüalarının və istiliyin qarşısı alınır.

Accordion sistemlərinə digər sistemlərdə montaj oluna bilir, bunlara jalüz və zip pərdə aiddir. Bu sistemlər accordion sisteminin paket şüşələrinin arasına montaj olunur və məsafədən idarə edilə bilir.

Accordion sistemlərinin istəyə uyğun olaraq profil rəng seçimləri mövcuddur. Bununlada quraşdırıldığı məkanın dizaynına uyğunlaşır və gözəl görüntü yaradır.

Accordion sistemləri əsasən bağ evləri, otellər, restoranlar, ofislərdə istifadə olunur və böyük tələb görməktədir.

Söhbəti açın
Sizə necə kömək edə bilərəm? :)
Salam biz sizə kömək edə bilərik?